Ədliyyə orqanlarının müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı davam etdirilir
Azərbaycanda məhkəmə-hüquq islahatlarına dəstək vermək üçün Dünya Bankının təşəbbüsü ilə keçirilən "Ədliyyə sisteminin müasirləşdirilməsi" adlı birgə layihə davam etdirilir. Həmin sənədin icrası çərçivəsində artıq 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 7 məhkəmə üçün bina və komplekslər intensiv inşa olunur.
Ədliyyə Nazirliyindən bildirilib ki, layihə Dünya Bankı tərəfindən ən uğurlu layihələrdən hesab olunmaqla, "Azərbaycan Respublikası vətəndaşlarına yüksəksəviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasında qalib gəlib:
"Azərbaycanın nailiyyətlərinin dünyada geniş təbliğinə böyük əhəmiyyət verən Dünya Bankı bu məqsədlə, həmçinin əməkdaşlığın genişləndirilməsi məsələsinin müzakirəsi üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovu nümayəndə heyəti ilə Bankın Vaşinqtonda yerləşən baş qərargahına səfərə dəvət edib.
Səfər zamanı F.Məmmədov məhkəmə və ədliyyə sistemində aparılan islahatlar barədə ətraflı məlumat verib, xüsusilə infrastrukturun müasirləşdirilməsi, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi üzrə görülən işləri, müasir İKT-lərin hərtərəfli tətbiqini, yeni şəffaf, innovativ və elektron xidmətlərin yaradıldığını, "ASAN xidmət"in fəaliyyətini diqqətə çatdırıb".
Respublikamızda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərə alınaraq, səfər çərçivəsində nümayəndə heyəti ABŞ-ın məhkəmə sistemi və infrastrukturu, o cümlədən Ali Məhkəmə, ən müasir İKT-lərlə təchiz olunmuş və üç məhkəməni birləşdirən məhkəmə kompleksi ilə tanış olublar.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL