waplog

“Intel” şirkəti texniki direktorsuz qalıb


"Intel" korporasiyasının mətbuat xidmətinin yaydığı məlumata əsasən, şirkətin texniki direktoru və "Intel Labs"ın direktoru Castin Rattner şirkəti tərk edir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətin bəyanatına əsasən, Rattner şəxsi səbəblər üzündən belə addım atıb.

Xatırladaq ki, Rattner "Intel" korporasiyasında 1973-cü ildən işləyir və 1979-cu ildə baş mühəndis olub. "Intel Labs"ın heyəti müvəqqəti olaraq şirkətin prezidenti Rene Ceymsə tabe olacaq, bundan sonra "Intel" şirkətində yeni kadr təyinatları həyata keçiriləcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL