waplog

“Microsoft” şirkəti İT Akademiyalar şəbəkəsini genişləndirmək niyyətindədir



“Microsoft” şirkəti yaxın zamanda daha iki təhsil ocağında İT akademiyalarının açılması istiqamətində işlər aparır.


Şirkətin təhsil layihələri üzrə meneceri Emin Axundov “ICTnews” xəbər xidmətinə bildirib ki, gələcəkdə bu ali təhsil ocaqlarında əməkdaşlıq memorandumu əsasında İT akademiyalarının yaradılması nəzərdə tutulub.
“Yaxın zamanda “British schoole” və “Modern” təhsil ocaqlarında da "Microsoft Dream Spark" layihəsinə start veriləcək.

Texniki təhsilin dəstəklənməsinə yönəlmiş bu proqram dərslik, tədris və tədqiqat məqsədləri üçün "Microsoft" Proqram Təminatından istifadə imkanları yaradır.

Eyni zamanda biz hazırda təhsil ocaqlarında istifadə edilən proqram təminatlarının lisenziyalaşdırılması istiqamətində işlər aparırıq. Bu, çox vacibdir, çünki artıq məktəbdən uşaqlara qanuni yolla əldə edilən lisenziyalı proqram təminatından istifadə etmək mədəniyyətini aşılayır, onlar artıq bunun müsbət tərəfləri ilə tanış olurlar və gələcəkdə pirat proqramlardan istifadə etməyə can atmırlar. Bizim təhsil ocaqları ilə bağladığımız memorandum, lisenziyalı proqram təminatına keçidi nəzərdə tutur və bu proses akademik qiymətlərlə, yəni 70-80% endirimlə, proqram təminatlarının təqdim edilməsini nəzərdə tutur”,- deyə o bildirib.

Qeyd edək ki, İT Akademiyanın əsas məqsədi şirkətin məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Spesialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate"  ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir.


Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL