“Microsoft” “Google”-u eqoistlikdə ittiham edib
“Google” və “Microsoft” şirkətləri arasındakı mübahisə xoşbəxtlikdən məhkəmədə deyil, bloq səhifələrində davam edir. Hər şey “Google” şirkətinin baş vitse-prezidenti Devid Drammondun “Apple”, “Microsoft”, “Oracle” və bəzi digər şirkətlərin “Android” platformasına qarşı olan birləşməsi ilə bağlı ittihamından sonra başlanıb.
Drammondun bəyanatına cavab olaraq “Microsoft” şirkətinin əsas hüquq məsləhətçisi Bred Smit bildirib ki, “Microsoft” şirkəti “Google”-a “Novell” şirkəti patentlərinin birgə alınmasında iştirak etməyi təklif edib və “Microsoft” şirkətindən onun kolleqası Frenk Şo isə “Twitter şəbəkəsində “Microsoft” şirkətinin danışıqların aparılmasına hazırlığını təsdiq edən məktubun ekran görüntüsünü yerləşdirib.
Öz növbəsində, Devid Drammond “Google” şirkətinin “Novell” patentlərini “Microsoft” şirkəti ilə birgə almaqda iştirakdan imtinasını tamamilə məntiqi addım adlandırıb. “Microsoft” şirkətinin təklifi hiyləgər gediş idi. Belə ki, “Google” şirkəti onsuz da saziş üzrə partnyorların hücumlarının qarşısını almaq üçün “Novell” şirkətinin əldə edilmiş patentlərindən istifadə edə bilməyəcək”.
“Microsoft” şirkətinin cavabı dərhal gəlib. “Microsoft”-un korporativ kommunikasiyalar bölməsinin vitse-prezidenti Frenk Şo “Twitter” şəbəkəsində bildirib ki, “Google” şirkətinin patentlərin birgə alınmasında iştirakdan imtina etməsi tamamilə aydındır. “Google” şirkətinə patent məsuliyyətinin azalması məqsədi ilə digər şirkətlərlə əməkdaşlıq lazım deyil.
www.3dnews.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL