waplog

Yerli mobil operator gənclər arasında futbolun inkişafını hədəfləyib


 
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti özünün "Futbol Bakcell ilə" proqramı çərçivəsində daha bir nəhəng layihə həyata keçirib. "Mançester Yunayted" futbol klubunun MDB məkanında ilk rəsmi telekommunikasiya partnyoru olan "Bakcell", Azərbaycanda futbolun inkişafına sərmayə qoyuluşunu davam edərək uşaqlar üçün gözəl bir fürsət yaradıb.

"Fuboll Bakcell ilə" proqramı çərçivəsində "Mançester Yunayted" ilə rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanması  Azərbaycan futboluna yenilik gətirib. "8-ci Kilometr" stadionunun "Bakcell Arena" adlandırılması və Bakı şəhərinin müxtəlif rayonlarında futbol meydançalarının istifadəyə verilməsi qarşıdan gələn böyük layihələrin sadəcə bir başlanğıcı idi. Bu dəfə "Bakcell" "Mançester Yunayted" Futbol Məktəbinin məşqçilərini Azərbaycana dəvət edərək, ölkədə futbolun inkişafına sərmayə yatırımını tam yeni müstəviyə çıxarıb.  Bu təşəbbüs azərbaycanlı gənclərə istedadlarını ortaya çıxarmaq və gələcəyin ulduzlarına çevrilmək imkanı yaradır.  


  "Azərbaycanda futbolun inkişafına böyük diqqət və qayğı ilə yanaşan "Bakcell" şirkəti, AFFA və "Mançester Yunayted"lə birgə iki böyük layihəni həyata keçirməkdədir. "Mançester Yunayted" Yay Futbol Məktəbinin təşkil edilməsi Azərbaycan futbolunun gələcəyi üçün mühüm bir sərmayədir və biz bu prosesdə iştirak etməkdən çox məmnunuq. Biz əminik ki, Bakıda və ölkənin digər regionlarında yaşayan bu uşaqlar böyük potensiala malikdirlər. İyun ayının 11-22-si arasında keçirilmiş seçim turu buna əyani sübutdur. Belə bir potensiala malik olan gənclər peşəkarlar tərəfindən təlimləndirilməli və onların bacarıqları üzə çıxarılmalıdır. Əminəm ki, bu 32 nəfərin arasında gələcəkdə Azərbaycanın məşhur futbolçularına çevriləcək uşaqlar var",- deyə "Bakcell" şirkətinin baş marketinq direktoru Aynur Abjanova bildirib.


 Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan "Mançester Futbol Məktəbi" dünya futboluna Devid Bekhem, Pol Skoulz və Rayan Qiqz kimi əfsanələri bəxş edib. Məktəbin seçim turları Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)-nın dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) təşkil edilib. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda, "Bakcell Arena"da "Mançester Yunayted" futbol məktəbinin məşqçiləri Karl Uayld və Pol Qrey tərəfindən keçirilmiş təlim-məşq toplantılarında iştirak ediblər. Elxan Məmmədov (AFFA-nın baş katibi): "Bu, çox gözəl bir layihədir. Son 2 həftə ərzində Mingəçevir, Gəncə, Lənkəran, Sumqayıt və nəhayət, Bakı şəhərində keçirilmiş seleksiya prosesində müvafiq yaş qrupuna daxil olan - 2001-2005-ci il təvəllüdlü - ən istedadlı uşaqlar seçilib və bu təlim-məşq toplanışına cəlb olunub. Hesab edirəm ki, seçim prosesi çox ədalətli şəkildə aparılıb. Toplanışa "Mançester Yunayted" klubunun ezam etdiyi məşqçilər rəhbərlik edir, məşqlər bilavasitə onlar tərəfindən keçirilir. Bu uşaqların arasında da ən istedadlıları müəyyənləşdirilərək AFFA və "Bakcell" şirkətinin birgə layihəsi əsasında Avropanın tanınmış klublarına göndəriləcək".


Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançester şəhərinə səfər edib, əfsanəvi "Old Trafford" stadionu, "Mançester Yunayted Futbol Akademiyası", eləcə də, komandanın təlim-məşq bazasını ziyarət etmək imkanını qazanıblar.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL