Azərbaycan Avropa Şurasının maliyyələşdirdiyi “eTwinning Plus” layihəsinə başlayır
Azərbaycan Avropa Şurası ilə birgə təhsildə "eTwinning Plus" layihəsinə başlayır. Bu barədə sözügedən layihənin icraçısı "Mədəd Azərbaycan" təşkilatından məlumat verilib.
Təşkilatdan bildirilib ki, 2013-cü ilin yanvar ayından etibarən Azərbaycan Avropa Şurasının maliyyələşdirdiyi "eTwinning Plus" layihəsinə qoşulub. Layihənin əsas məqsədi xüsusi platforma vasitəsilə 33 Avropa ölkəsindən olan məktəbləri Azərbaycan, Moldova, Ukrayna və Gürcüstanın məktəbləri ilə birləşdirmək və müştərək layihələr icra etməkdir.
Bu pilot-layihəyə Azərbaycanın 20 ən qabaqcıl və təhsildə innovasiyaları tətbiq edən məktəblərdə çalışan fəal ingilis, fransız və alman dili müəllimləri cəlb olunacaq. Hər məktəbdən iki müəllimin cəlb olunması nəzərdə tutulub. "eTwinning Plus" platformasında qeydiyyatdan keçmiş müəllimlər Avropa ölkələrində çalışan həmkarları ilə əməkdaşlıq edərək müxtəlif layihələr həyata keçirəcəklər ki, bu da öz növbəsində müxtəlif məktəblərdən olan şagirdləri vahid virtual sinifdə toplayaraq, onları fikir mübadiləsi aparmağa və təcrübələrini bölüşməyə sövq edəcək.
Eyni zamanda şagirdlər digər ölkələrin təhsil, mədəniyyət və adət-ənənələri ilə yaxından tanış olacaq və ölkələrarası layihələrə qoşulmaq imkanı qazanacaqlar. Həyata keçiriləcək layihələrdə ən azı 2 Avropa ölkəsinin müəllim və şagirdlərinin iştirakı şərtdir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL