waplog

BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi «Azərkosmos» ASC-də olub


 Azərbaycanda səfərdə olan BMT baş katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal bu gün «Azərkosmos» ASC-də olub.

Mərkəzlə tanışlıq əsnasında qonağa «Azərkosmos»un fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə qaldırılması, onun idarə olunması, fəaliyyətinin tam formada qurulması ilə əlaqədar məlumatlandırılan qonağa bildirilib ki, kommunikasiya peykinin idarə olunması iki mərkəzdən – Bakı və Naxçıvan mərkəzlərindən həyata keçirilir. Peykin texniki göstəriciləri və əhatə dairəsi ilə maraqlanan BMT təmsilçisi həyata keçirilən işlərdən məmnunluğunu ifadə edib.



































A.Dossal qeyd edib ki, kommunikasiya peykinin orbitə qaldırılması ilə Azərbaycan bu istiqamətdə çox böyük imkanlara malik olan çox az sayda ölkələrdən birinə çevrilib. Bu imkanların dövlətlərə üstünlüklər verdiyini qeyd edən qonaq Azərbaycanın son illər informasiya-kommunikasiya texnologiyaları sahəsində çox böyük nailiyyətlər əldə etdiyini də vurğulayıb:

«Mən Bakıya gələndən sonra gördüm ki, ölkəniz həqiqətən də qısa zaman kəsiyində böyük nailiyyətlər əldə edib. Bununla belə, Azərbaycan qlobal məsələlərin həllində əhəmiyyətli ölkələrdən birinə çevrilib. İKT sektorunun hökumət tərəfindən dəstəklənməsi və verilən xidmətlərin keyfiyyətinin yüksək olması onu hər kəs üçün nümunəyə çevirir. Hesab edirəm ki, Azərbaycanın bu uğuru və həyata keçirdiyi layihələr digər ölkələr üçün yaxşı model ola bilər. «Azərkosmos»un yüksək standartlara cavab verən parametrlər əsasında inşa olunduğunu düşünürəm. Bu mərkəzdə çalışanların əksəriyyətinin də yerli kadrlar olması  onu göstərir ki, ölkəniz özünün kadr potensialını genişləndirib. Sözsüz ki, qısa zamanda bütün bunları həyata keçirmək böyük zəhmət tələb edir».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL