waplog

2012-ci ildə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin həcmi 17.4 faiz artıb


Azərbaycanın İKT sektorunda əldə olunan gəlirlərin 91 faizi telekommunikasiya sektorunun payına düşür. 2012-ci ildə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin həcmi əvvəlki ilə nisbətdə müqayisəli qiymətlərlə 17.4 faiz artaraq 1678.1 milyon ABŞ dolları təşkil edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “İllik hesabat”ında dərc olunan məlumata görə, bu sektorun gəlirlərinin 65.3 faizi mobil, 21.8 faizi sabit, 7.2 faizi isə internet bazarı hesabına formalaşıb.

Dünyada mövcud olan tendensiyaya uyğun olaraq, Azərbaycanda da telekommunikasiya sektoru əsasən mobil rabitənin və internet xidmətlərinin hesabına dinamik inkişaf edir. Belə ki, 2012-ci ildə artım tempi internet bazarında 31.9 faiz, mobil sektorda 14.1 faiz, sabit şəbəkədə isə 3.7 faiz olub. 

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL