waplog

Motorola loqotipini dəyişib


Mobil telefonlar istehsalçısı Motorola Mobility şirkəti loqotipini dəyişib. Belə ki, yeni nişan Motorola-nın Google şirkətinə məxsus olmasını əks etdirir, Lenta yazır.

"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, Motorola loqotipdə qırımızı dairədən və əvvəllər şirkətin adının yazıldığı kursiv şriftdən istifadə etməkdən imtina edib. Yeni nişanda düz çevrədən istifadə edilir, şirkətin adı aşağı registrdə yığılıb və "a Google company" (Google şirkətinə məxsusdur) yazısı yer alıb.

Loqotipdə M hərfi xarakterik konturlarla saxlanılıb, lakin indi o müxtəlif rəngli çevrələrin daxilinə yerləşdirilib.
Motorola son dəfə loqotipini 2011-ci ildə Motorola Solutions şirkətindən ayrıldıqdan sonra dəyişib. O vaxt şirkət ağ-qara nişanı rənglisi ilə əvəzləyib.

Qeyd edək ki, Google şirkəti 2012-ci ildə Motorola-nı 12,5 milyard dollara satın alıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL