"BlackBerry" şirkətinin vəziyyəti pisləşir
"BlackBerry" şirkəti birinci maliyyə rübünü zərərlə başa vurub. Zərərin həcmi 84 milyon dollar təşkil edib, halbuki ötən rüb 94 milyon dollar dəyərində mənfəət əldə olunmuşdu.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, üçaylıq dövrün yekununa görə, Kanada şirkətinin satış həcmi 3,1 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 9% çoxdur.
Hesabat rübündə "BlackBerry" şirkəti 6,8 milyon smartfon istehsal edib ki, bu da ötən illə müqayisədə 13% çoxdur.
100 min "PlayBook" planşetləri istehsal edilib. Ötən ilin dördüncü rübü ilə müqayisədə planşetlərin tədarük həcmi 3.7% azalıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL