waplog

“Nokia” şirkəti “Nokia Siemens Networks”un yeganə sahibi ola bilər


“Nokia” şirkəti “Siemens” alman şirkətindən onun “Nokia Siemens Networks”da payını ala bilər. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Nokia” və “Siemens” artıq bu gün rəsmi razılaşma haqda məlumat veriblər.

Məlumdur ki, “Nokia” şirkəti “Siemens”də 50% payına görə 2 milyard dollara yaxın və ya 2,6 milyard dollar ödəməlidir, şirkətin bu qədər vəsaiti olmadığı üçün, o, bu məbləği yığmaq üçün mürəkkəb istiqraz strukturundan istifadə etmək niyyətindədir. Bu ilin ortalarına kimi “Nokia” ilə “Siemens” arasında bu səhmlərin satışına moratoriy qüvvədə idi, alman şirkətində satış haqda qərarı bir neçə il bundan öncə qəbul ediblər. “NSN”-də payını satmaqla “Siemens” energetika, dəmiryol nəqliyyatı və səhiyyə üçün avadanlıqların istehsalında fəaliyyətini yönləmək niyyətindədir.

Smartfon bazarında yüksələ bilməyən “Nokia” üçün tranzaksiya şans olmaqla bərabər, həm də əlavə yükdür. “Nokia” şirkəti “NSN” üzərində tam nəzarət əldə edir, bu da şirkətə telekom bazarında geniş təmsil olunmağa və operatorlarla daha aktiv danışıqlar aparmağa imkan verir. Digər tərəfdən, şirkət kəskin pul çatışmazlığı keçirdir və əlavə 2 milyard dolların xərclənməsi təhlükəli manevrdir.

Məlumdur ki, “Siemens” öncə “NSN”-də payının satışı ilə bağlı bir sıra idarəedici şirkətlər və sərmayə fondları ilə danışıqlar aparıb, lakin “Nokia” prioritet alıcı qismində qəbul edilib. “Bloomberg”in hesablamalarına əsasən, hazırda “Nokia”nın pul balansı 4,5 milyard avro təşkil edib, bu da 100 milyon avro bundan öncəki rübdəkindən çoxdur. Üç əsas reytinq agentliklərinin hər birisi “Nokia” borc öhdəlikləri ilə bağlı reytinqini zibil səviyyəsində saxlayırlar.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL