Təhsil Nazirliyi elektron ərizələrin qəbuluna başladı
Təhsil Nazirliyi bu gündən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində vakant müəllim yerlərinə işə qəbul üçün növbəti müsabiqəyə başlayıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, iş axtaranlardan elektron ərizələrin qəbulu nazirliyin saytındakı "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla həyata keçiriləcək. Elektron ərizələrin qəbulu iyulun 15-dək aparılacaq. Bu il ümumtəhsil məktəblərində 3286 vakant müəllim yerinə işə qəbul həyata keçiriləcək. Onların 2793-ü rayonlardakı orta məktəblərdə, 493-ü Bakı məktəblərində yerləşir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL