waplog

Hindistan ilk naviqasiya peykini buraxıb



Hindistan planlaşdırılmış kosmik buraxılış seriyasından, milli naviqasiya peyk sisteminin "IRNSS (Indian Regional Navigation Satellite System)" yaradılması üçün nəzərdə tutulmuş ilk naviqasiya peykini orbitə buraxıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Hindistanın səylərinin intensivləşməsi Çinin, demək olar ki, yarıyadək yaratdığı "Beydou" naviqasiya sisteminin yaradılması fonunda baş verir.

İlk peyklə raketdaşıyıcının startı ötən gün Hindistanın cənub-şərqində yerləşən Andra Pradeşdə yerli vaxtla saat 21:41-də baş tutub.

Təsdiqlənmiş plana uyğun olaraq Hindistan yarım ildə bir peyk buraxacaq, 2015-ci ildə isə naviqasiya sistemi tam işlək vəziyyətə gətiriləcək. "IRNSS" hərbi naviqasiya ilə yanaşı, nəqliyyatın idarə edilməsi, fövqəladə halların monitorinqi və s. mülki xidmətlər də göstərəcək. Hərbçilər üçün peyk naviqasiyasının siqnalı şifrələnmiş olacaq.

Layihənin ümumi dəyəri 14,2 milyard rupi və ya 237 milyon dollar təşkil edəcək. "IRNSS" peyk qruplaşması, 24 min km hündürlükdə geosinxron orbitlərdə  yerləşən 7 peykdən ibarət olacaq. Onlar yerləşmə haqda məlumatı və dəqiq vaxt siqnallarını yayımlayacaq.

Aynur Vəliyeva
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL