Azərbaycan hərbçiləri kompüter dəstəkli təlim keçəcək
Bu ayın 4-də «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində NATO Dəstək Agentliyi tərəfindən məlumatlandırma seminarı keçiriləcək. Azərbaycan hərbçilərinin də iştirak edəcəyi seminar paytaxt Bakıda təşkil ediləcək.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. MN-dən bildirilib ki, bundan başqa Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Beynəlxalq CAX (Kompüter Dəstəkli Təlim) seminarı reallaşdırılacaq.
Bu tədbirin də cari ayın 8-dən 12-dək Almaniya Federativ Respublikasının Vildflekken şəhərində düzənlənməsi planlaşdırılıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL