Regionlarda İKT təlimlərinə başlanılır
Bu gündən etibarən regionlarda informasiya-kommunikasiya texnologiyaları (İKT) təlimləri keçiriləcək. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatının (AƏSMA TGT) təşəbbüsü, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və AR Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirlər bu ayın 14-dək davam edəcək.
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır.
Gənclər Fondu bildirir ki, layihənin Lənkəranda (2-4 iyul), Gəncədə (8-10 iyul) və Zaqatalada (12-14 iyul) keçirilməsi nəzərdə tutulub. Təlimlərin keçiriləcəyi regionlarda yaşayan və təlimlərdə iştirak etmək istəyən tələbələr bu ünvanda (https://docs.google.com/forms/d/1mpjPzoJO5-EX6NPKImmDz6KMiuwPjG8Zv9ZcEEBtYpw/viewform) qeydiyyatdan keçə bilərlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL