waplog

Pan Gi Mun: «Yeni texnologiyalar ölkələrə davamlı inkişafın yeni səviyyəsinə keçməyə kömək edir»


 

Dünən Cenevrədə BMT-nin Avropa bölməsində qurumun İqtisadi və Sosial Məsləhət Şurasının  (EKOSOS) əsas illik sessiyası öz işinə başlayıb. Sessiya iştirakçılarına müraciət edən BMT-nin Baş katibi Pan Gi Mun və EKOSOS-un sədri Nestor Osorio bildiriblər ki, elm, texnologiyalar, innovasiyalar və mədəniyyət qlobal inkişafın qarşılıqlı əlaqəli problemlərinin həlli istiqamətində əsas rol oynayır.

Nestor Osorio qeyd edib ki, iyulun 1-dən 4-dək nazirlər səviyyəsində EKOSOS iştirakçıları elm, texnologiyalar və innovasiyaların rolunu müzakirə edəcəklər. EKOSOS-ın sədri vurğulayıb ki, bir neçə nəslin həyatı boyunca insan fəaliyyətinin çox sahələrində inkişafa nail olunsa da, bu gün milyarddan çox insan  ekstremal yoxsulluq şəraitində yaşayır. O əlavə edib ki, elm, texnologiyalar, innovasiyalar və mədəniyyət davamlı inkişafı təmin edəcək 3 əsas formanı yarada bilər. Bunlar iqtisadi, sosial və ekoloji məsələlərdir.
Daha sonra Pan Gi Mun bildirib ki, 2015-ci ildən sonra istənilən inkişaf proqramı üçün elm, texnologiyalar və mədəniyyət lazımlı elementlərdir: «İnnovasiyalara ehtiyac aşkardır. İnformasiya, nəqliyyat, kommunikasiya və ya həyatı xilas edən dərmanlar sferaları haqqında müzakirələr gedir. Yeni texnologiyalar ölkələrə davamlı inkişafın yeni səviyyəsinə keçməyə kömək edir».

BMT-nin baş katibi dövlətləri sözügedən sahələr üzrə mübadiləyə, əməkdaşlığa çağıraraq əlavə edib ki, bu prosesdə cavan insanlar xüsusi diqqətə və dəstəyə layiqdirlər.

Məlumat üçün bildirək ki, EKOSOS sessiyası iyulun 26-na qədər davam edəcək. Nizamnaməyə uyğun olaraq, EKOSOS BMT-nin altı əsas orqanından biridir. O, iqtisadi və sosial sahələrdə, həmçinin səhiyyə, mədəniyyət və təhsil sferalarında beynəlxalq problemlərin müzakirəsinə imkan yaradır. EKOSOS-un 54 üzvü var. Onlardan 18-i isə hər 3 ildən bir seçilir. Bir dəfə seçilən şura üzvü yenə namizədliyini verə bilər. Şurada yerlər coğrafi nümayəndəlik prinsipi əsasında bölünür. Bu yerlərdən on dördü Afrika dövlətləri üçün ayrılıb, on biri Asiya ölkələrinə, altısı Şərqi Avropa dövlətlərinə, onu isə Latın Amerikası  və Qara dəniz hövzəsi və Qərbi Avropa dövlətlərinə isə 13 yer nəzərdə tutulub.

Seymur Qasımbəyli


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL