waplog

“SIA”: bu ilin mayında yarımkeçirici sahəsində artım qeydə alınıb


Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) məlumatına əsasən,  bu ilin mayında yarımkeçirici məhsula tələbatın həcmi aprel ayının göstəriciləri ilə müqayisədə 4.6% artıb ki, bu da 2010-cu ilin martından etibarən ən böyük aylıq artım sayılır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "SIA"-dan verilən məlumata əsasən, belə kəskin sıçrayış olacağı gözlənilirdi, lakin heç kəs dəqiq vaxtı söyləyə bilmirdi. "Bazarın öz  bərpa nöqtəsini tapması çox yaxşıdır. Eniş yarımkeçirici şirkətləri üçün həmişə problemdir, çünki bu sahə yüksək gəlirli deyil, lakin çox yüksək kapital xərclərinə malikdir – "SIA"-dan bildirilib.

"SIA"-nın məlumatına əsasən, cari ilin mayında Şimali və Cənubi Amerika, Yaponiya, Avropa və Asiya-Sakit okean regionunda artım qeydə alınıb.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL