“Apple” Yaponiyada “iWatch” ticarət markasını qeydiyyatdan keçirir
"The Wall Street Journal" yazır ki, "Apple" korporasiyası "iWatch" ticarət markasını Yaponiyada qeydiyyatdan keçirmək üçün ərizə verib.
Ərizənin iyunun 3-də təqdim edildiyi və iyunun 27-də yapon patent ofisinin onu elan etdiyi bildirilir.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "iWatch" ticarət markasına dair ərizə kompüter və saat qurğuları kateqoriyaları üzrə təqdim edilib. Yapon patent ofisinin nümayəndəsinin sözlərinə görə, ərizə qəbul edilməzdən əvvəl hələ formal ekspertizadan keçməlidir.
"Apple" şirkətinin rəsmi nümayəndələri hələ ki "The Wall Street Journal"-ın jurnalistlərinə bu informasiya ilə bağlı şərh verməyiblər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL