waplog

Azərbaycanda nəşr olunan 29 adda jurnal Böyük Britaniyanın “INSPEC” bazasına daxil ediləcək


2011-ci ildə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzi ilə Mühəndislik və Texnologiya İnstitutu arasında bağlanan müqaviləyə əsasən, Azərbaycanda nəşr olunan 26 adda jurnal “INSPEC” bazasına daxil edilmək üçün təsdiqlənib.

Hal-hazırda 2011-ci ildə nəşr edilən 24 adda, 79 jurnal “İNSPEC” bazasında yer alıb. 2013-cü ildə bağlanan müqaviləyə əsasən, 2012-ci ildə nəşr edilən təxminən 29 jurnal bazada yerləşdiriləcək.

 “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib. Mərkəzdən bildirilib ki, bu jurnallara “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Fizika-texnika və riyaziyyat elmləri seriyası. İnformatika və idarəetmə problemləri”, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri.

Fizika-riyaziyyat və texnika  elmləri seriyası. Fizika və astronomiya”, “Transactions of Azerbaijan National Academy of Sciences. Series of Physical-technical and Mathematical Sciences. Issue mathematics”, “Fizika. Azerbaijan journal of physics (Section Az)”, “Fizika. Azerbaijan journal of physics (Section En)”, “Energetikanın problemləri”, “Proceedings of İnstitute of mathematics and mechanics”, “Azərbaycan astronomiya jurnalı”, “İnformasiya texnologiyaları problemləri”, “İnformasiya cəmiyyəti problemləri”, “Bakı Dövlət Universitetinin Xəbərləri: Fizika-riyaziyyat elmləri seriyası”, “Azərbaycan Dövlət Aqrar Universitetinin elmi əsərləri” daxildir.

Bundan başqa, bazada yerləşdiriləcək jurnalların siyahısında “Azərbaycan Dövlət Aqrar Universitetinin elmi əsərləri (kənd təsərrüfatının mexanikləşdirilməsi, elektrikləşdirilməsi və texniki xidmət)”, “Qafqaz Universitetinin jurnalı. Riyaziyyat və kompüter elmi”, “Qafqaz Universitetinin jurnalı. Fizika”, “Qafqaz Universitetinin jurnalı. Mexaniki və sənaye mühəndisliyi”, “Applied and computational mathematics”, “Neft kimyası və neft emalı prosesləri”, “Azərbaycan Mühəndislik Akademiyasının Xəbərləri”, “Proceedings” də yer alıb. Eyni zamanda “Elmi əsərlər. Fundamental elmlər”, “Elmi əsərlər”, “Maşınşünaslıq”, “Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri”, “Elmi məcmuələr”, “Milli Aviasiya Akademiyasının elmi əsərləri”, “Azərbaycan Memarlıq və İnşaat Universitetinin elmi əsərləri”, “Azərbaycan Milli Aerokosmik Agentliyinin Xəbərləri”, “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Elm və innovasiya seriyası” da “INSPEC”-ə daxil ediləcək.

Qeyd edək ki, “INSPEC” bazası Böyük Britaniyanın Mühəndislik və Texnologiya İnstitutu tərəfindən yaradılıb. 1969-cu ildən fəaliyyət göstərir və hazırda ingilis və qeyri-ingilis dilində 68-dən çox ölkənin mənbələrini özündə birləşdirir.  Bazada təxminən 5000 elmi-texniki jurnal, 2500 konfrans materialı, eləcə də çoxsaylı kitablar, hesabatlar, dissertasiyalar və elmi videolar yerləşdirilib. Bazada elektronika, informatika, fizika, maşınqayırma, mexanika və digər sahələrdə 13 milyondan artıq biblioqrafik qeyd var. Bütün dünyada məşhur olan, 70-dən çox axtarış imkanı olan “INSPEC” bazası alim və mühəndislərə vaxta və pula qənaət edərək, yeni texnologiya və məhsullar haqqında informasiya verir, keyfiyyətli tədqiqat məlumatlarını müəyyən etməyə imkan yaradır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL