waplog

Azərbaycanda gömrükdən pirat məhsullar buraxılmayacaq



Azərbaycan Nazirlər Kabinetinin 163 №-li qərarına əsasən "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi Qaydaları" təsdiq edilib.

Sənədə əsasən, qaydalar gömrük sərhədindən fiziki şəxslər tərəfindən az miqdarda keçirilən və ya beynəlxalq poçt göndərişləri ilə göndərilən, o cümlədən istehsal və kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara tətbiq edilmir. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması və buraxılışın dayandırılma müddətinin uzadılması nəzərdə tutulur.

"Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestri"nə (bundan sonra - Reyestr) daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin Reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını qaydalarda göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.

Buraxılışı dayandırılmış mallar barədə gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında "buraxılışı dayandırılmışdır" qeydiyyatı aparılır. Buraxılışı dayandırılmış mallara dair qəbul edilmiş qərarın müddəti uzadıldığı halda, gömrük bəyannaməsinin əsas və ya əlavə vərəqinin nəzarət qrafasında buraxılışın dayandırılması müddətinin uzadılması tarixi göstərilməklə qeydiyyat aparılır. Eyni gömrük bəyannaməsində pirat və ya kontrafakt olması ehtimal edilən tərkibində əqli mülkiyyət obyektləri olan mallarla birgə bəyan olunmuş digər malların buraxılışı tərkibində əqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılmasına dair qəbul edilmiş qərardan asılı olmayaraq həyata keçirilir.


Qaydalar tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsini nəzərdə tutur.

Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərir. Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş hallarda da gömrük orqanları hüquq sahibinə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərir.

Ərizəçinin əsaslandırılmış müraciəti əsasında bu Qaydaların 2.1-ci bəndinin birinci cümləsində göstərilən müddət daha 10 (on) iş gününədək uzadıldıqda, bu barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilir.

Gömrük Məcəlləsinin 286-cı maddəsinə uyğun olaraq tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə etdiyi qərar ləğv edildikdə,  bu barədə ərizəçiyə və bəyannaməçiyə dərhal yazılı bildiriş göndərilir.

Gömrük orqanları buraxılışının dayandırılması haqqında qərar qəbul edilmiş malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər.
Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial hesab edilir və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, həmin məlumatlar onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL