Azərbaycanın Milli Prosessinq Mərkəzi “Millikart” təhlükəsizlik sistemini gücləndirib
Azərbaycanın Milli Prosessinq Mərkəzi “Millikart” Skandinaviyanın “Tieto” şirkətinin “Card Suite Fraud Management” həllinin tətbiqi ilə təhlükəsizlik sistemini gücləndirib.
Bu proqram “MilliKart”a ödəniş kartları vasitəsilə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək və fırıldaqçılardan qorunmaq üçün nəzərdə tutulub. Proqram fırıldaqçılığın onlayn rejimində qarşısını almağa və oflayn rejimində aşkar etməyə imkan verir. Bu, kart sahiblərinin və ticarət nöqtələrinin şübhəli fəaliyyətindən proaktiv mühafizə və müvafiq nəzarət vasitəsilə təmin edilir. Proqram eyni zamanda elektron ticarət sahəsində fırıldaqçılığın qarşısını almaqda effektiv işləyir.
Layihə çərçivəsində “Tieto”nun mütəxəssisləri “MilliKart Group”un işçiləri üçün məsləhətləşmələr və təlimlər keçirib.
“Card Suite Fraud Management” yeni fırıldaqçılıq növlərini, yeni qaydaların tətbiqi və mövcud qaydaların dəyişdirilməsi vasitəsilə müəyyən edir və onlara uyğunlaşır. Proqram avtomatlaşdırılmış nəzarəti dəstəkləyir, bu da resursların effektivliyinə və optimallaşdırılmasına gətirib çıxarır.
Güclü “Rule Engine” təşkilatlara qaydaları biznesin xüsusiyyətinə uyğunlaşdırmağa imkan verir. Beləliklə, informasiya texnologiyalarının bilməsinə ehtiyac qalmır, statistik məlumatın toplanması və ssenarilərin yoxlanması kifayət edir.
“Fraud Management” vasitəsilə “MilliKart Group” artıq nəinki beynəlxalq ödəniş sistemlərinin tələblərini yerinə yetirə bilir, o, həm də özünü maliyyə və imic itkilərindən qoruya bilir, bu da öz növbəsində kart istifadəçilərinin prosessinq mərkəzinə loyallığına təsir edəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL