waplog

AMEA rəyasət heyətinin informasiyalaşdırılması Elektron dövlət quruculuğunun tələbidir



 
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın əsas müzakirə mövzusunun rəyasət heyəti mərkəzi aparatının informasiyalaşdırılmasına dair fəaliyyət planına həsr olunduğunu bildirib.
A.Əlizadə deyib ki, bu gün elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin informasiya təminatının gücləndirilməsi, informasiya xidmətlərinin vüsət alması istənilən ölkənin inkişaf meyllərinə təsir edən şərtlərdəndir.

AMEA-nın rəyasət heyəti mərkəzi aparatının informasiyalaşdırılmasının elektron dövlət quruculuğunu tələblərindən olduğunu qeyd edən A.Əlizadə, bu işlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətindən danışıb.
Tədbirdə AMEA-nın akademik-katibi, akademiyanın müxbir üzvü Rasim Əliquliyev rəyasət heyəti mərkəzi aparatının fəaliyyətinin informasiyalaşdırılmasına dair fəaliyyət planını təqdim etmişdir.

Alim informasiya-kommunikasiya texnologiyalarının (İKT) innovativ imkanlarından geniş istifadənin müxtəlif sahələrdə strateji məqsədlərə nail olunmasında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, müasir dövrdə hər bir idarə və təşkilatın, müəssisənin informasiya təminatının gücləndirilməsi qlobal informasiya cəmiyyətinin, “elektron-elm” proqramının, bir sözlə, elektron dövlət quruculuğunun tərkib hissəsindəndir.
R.Əliquliyev fəaliyyət planı çərçivəsində nəzərdə tutulmuş tədbirlər haqqında iştirakçılara geniş məlumat verib.

Tədbirdə, həmçinin AMEA rəyasət heyəti mərkəzi aparatının bəzi struktur bölmələri rəhbərlərinin təyinatı məsələlərinə də baxılmış, müvafiq qərarlar qəbul edilib.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL