“İRƏLİ” xarici ölkələrə virtual səyahəti davam etdirir
“İRƏLİ” Xarici Dillər Mərkəzinin “Virtual Səyahət” layihəsi çərçivəsində Hindistan, Almaniya, İtaliya və Braziliyanın təqdimatları keçirilib.
“ICTnews” elektron xəbər xidmətinə “İRƏLİ” İB-dən verilən məlumata görə, layihə iştirakçılarına qeyd olunan ölkələrin dili, tarixi, mədəniyyəti, xalqı, mili musiqisi, rəqsi və mətbəxi haqqında ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərə xarici ölkələr haqqında məlumat verib dünyagörüşünü artırmaq və virtual olaraq müəyyən ölkənin tarixi abidələri və görməli yerləri ilə tanış etməkdir.
Xatırladaq ki, “Virtual Səyahət” layihəsi 28 iyun – 8 iyul 2013-cü tarixlərini əhatə edəcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL