“Google Reader”in təsisçisi seçimindən məyus olub
Google Reader RSS-axınlar oxuyucusunun təsisçisi Kris Uezerell deyib ki, o, bu gün korporasiya daxilində bu cür xidmət istifadəyə verməzdi.
Uezerell qeyd edib ki, əgər RSS-oxuyucusu ideyası onun ağlına indi gəlsə idi, o, “Google” şirkətini tərk edərək öz məhsulunu hazırlayırdı.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, bu cür yanaşma sözügedən xidmətin şirkət daxilində inkişafından daha yaxşı ola bilərdi. Nəticədə, xidmətin bir neçə il fəaliyyətindən sonra “Google”-dan bildirilib: "Bu xidmətdən milyonlarla insanın istifadə etməsinə baxmayaraq, heç bir əhəmiyyətə malik deyil, bizim maraqlarımız daha üstündür".
Xatırladaq ki, “Google Reader” xidməti 2005-ci ildə Kris Uezerell tərəfindən istifadəyə verilib və 2013-cü il iyulun 1-də şirkət tərəfindən bağlanılıb. Uezerell 2008-ci ildə korporasiyanı tərk edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL