waplog

“Nokia Siemens Networks”la “4G”-ni inkişaf etdirəcək



"Nokia Siemens Networks" şirkəti "MTS"-in "4G" şəbəkəsinin tikilməsini nəzərdə tutan müqaviləni  udub.  "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, müqavilə  "Nokia Siemens" yüksəksürətli məlumatların ötürülməsini təmin edən LTE-şəbəkənin yaradılmasını nəzərdə tutur.

Müqavilənin  qiyməti 200 milyon dollar təşkil edir və gələcəkdə daha da artırıla bilər. Öncə "MTS" İsveçrənin "Ericsson" şirkəti ilə Rusiyanın cənubunda, Volqayanı regionda, Sibirdə və Uralda LTE-şəbəkənin yaradılması ilə bağlı  kontrakt bağlamışdır. "Nokia Siemens" şirkəti ilə saziş Moskva daxil olmaqla mərkəzi regionu əhatə edir.

Beləliklə, "MTS"-in Uzaq Şərqdə və ölkənin şimal-qərbində daha iki tenderi qalır.
Xatırladaq ki, Rusiyada "4G"-lisenziyalar bir il bundan öncə paylanıb və onları mobil rabitə operatorlarının Böyük üçlüyü, həmçinin "Rostelekom" alıb. Onlar 2019-cu ilədək hər il şəbəkələrin inkişafına 15 milyard rubl sərmayə qoymağa söz veriblər.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL