waplog

Gələn aydan mobil nömrələr daşınacaq



 Bu il avqustun birindən etibarən Azərbaycanda fəaliyyət göstərən  mobil operatorlar mobil nömrələrin daşınması prosesinə başlayacaq.

Artıq bununla bağlı mobil operatorlara göstəriş verilib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında danışıb.

Nazir bildirib ki, Azərbaycanın mobil operatorlarının hər birinin nömrələrin daşınmasını təmin etmək üçün imkanları və texniki avadanlıqları var:

«Nömrələrin daşınması ilə bağlı dünən qərar qəbul etdik. Bu qərara əsasən, qanunvericilikdə nəzərdə tutulmuş tələbləri yerinə yetirməklə mobil operatorlara avqustun 1-dən nömrə daşınması texnologiyasının tətbiqi üçün göstəriş verilib. Mən hesab edirəm ki, onların buna şəraiti var. Bu dövr ərzində də qoyulan bütün texniki tələblər yerinə yetirilə bilər. Artıq gələn aydan nömrələrin daşınmasının tətbiqinə başlayacaqlar».
 
SEYMUR

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL