waplog

Smartfonlar istifadəçinin əhval-ruhiyyəsini təyin edəcək


“Microsoft” korporasiyası smartfonun avtomatik istifadəçinin əhval-ruhiyyəsini müəyyənləşdirməyə və bu informasiyanı sosial şəbəkəyə göndərməyə imkan verən texnologiyanın yaradılması üzərində işləyir.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Microsoft”un yeni texnologiyası “Moodscope” adlandırılıb. Sözügedən texnologiya smartfon üçün yaradılmış tətbiqdən ibarətdir və əhval-ruhiyyəni bir neçə kateqoriya (həyəcan, xoşbəxtlik, gərginlik, sıxıntı, sakitlik, həyəcan, dilxorluq  üzrə təsnif edir. Cari əhval-ruhiyyə bir sıra əlamətlərə görə təyin edilir: bu və ya digər tətbiqlərdən istifadə, zənglər, yazışma, brauzerdə baxışların tarixi, məkan və s.

Sözsüz ki, sözügedən texnologiyadan istifadə məxfiliklə bağlı müəyyən problemlər yaradacaq. Bununla belə, “Microsoft” əmindir ki, sistem insanların ünsiyyət saxlamasına və bir-birinə qarşı diqqətli olmasına kömək edəcək. Məyus olmuş istifadəçinin köməyinə dostları gələcək və sairə.

Hazırda “Microsoft” korporasiyasının sensorlarının dəqiqliyi kifayət qədər yüksəkdir. Fərdi sazlamadan sonra istifadəçinin əhval-ruhiyyəsi 95% hallarda düz təyin edilir.

Hazırda tətbiqin prototipi “iOS” və “Android” platformalarında işləyir. Proqram fon rejimində işləyir, lakin az enerji sərf edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL