waplog

“Sharp” şirkəti “4K” texnologiyasını dəstəkləyən 32 düymlü ekran istehsal edib


Yaponiyanın “Sharp” şirkəti 3840x2160 piksel təsvir ölçüsünə və 32 düymlü diaqonala malik ilk iri formatlı “4K” ekranını təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən qurğu Yaponiyada cari ayın sonunda satılmağa başlayacaq və qiyməti təxminən 3500 dollar olacaq. “Sharp” şirkəti etiraf edir ki, 32 düymlük monitor üçün 3500 dollar baha qiymətdir, lakin texnologiyanın yeniliyi və istehsal sənayesi standartlarının olmaması öz sözünü deyir.

Şirkətdən verilən məlumata əsasən, yeni ekran yüksək təsvir ölçülü keyfiyyətli monitorlar hazırlamağa imkan verən “IGZO” firma texnologiyası əsasında hazırlanıb.

Bundan başqa, monitor iki “HDMI” çıxışa malikdir, “Display Port”-u dəstəkləyir və 3,5 millimetrlik qulaqlıqlar üçün stereo konnektora malikdir.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL