Azərbaycanda yeni Texnologiya Kollecinin yaradılması haqda qərar təsdiq edilib
Azərbaycan Nazirlər Kabinetinin 168 №-li qərarına əsasən, İsmayıllı dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması nəzərdə tutulur.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, kollec Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"na əsasən, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə təşkil olunur.
Sənədə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci hissəsi əlavə edilməlidir.
Azərbaycan Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL