waplog

Tim Kuk yeni brend məhsulların istehsalına işarə edib


“Apple” şirkətinin top-menecerləri  Tim Kuk, Eddi Kyu və Kreyq Federiqi pərakəndə mağazaların rəhbərləri ilə görüşüblər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, Tim Kuk payızda yeni məhsullar “ordu”sunun təqdim olunacağını deyib. O, daha ətraflı məlumat verməyib. Lakin “PhoneArena” bloqunun müşahidəçiləri güman edirlər ki, şirkət bir neçə ay sonra smartfon, planşet və yığcam kompüter seriyasını yeniləyəcək.

Korporasiya direktoru, həmçinin vurğulayıb ki, “Apple Store” mağazaları vasitəsilə yalnız 20% “iPhone” smartfonu satılır və digər hissəsi mobil operator və riteyler şəbəkələrinin payına düşür. Kukun sözlərinə görə, “iPhone” brend məhsuldur: istifadəçilərin əksəriyyəti mağazaya bu smartfona görə gəlirlər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL