“Visa” və “MasterCard” VPN-provayderlərin ünvanlarına ödənişləri bağlamağa başlayıblar
"Master Card" və "Visa" fayl mübadiləsi servislərinə məhdudiyyətin tətbiqindən sonra VPN provayderlərə qarşı tədbir görməyə başlayıblar.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu həftə İsveçrənin ödəniş provayderi "Payson", kredit sistemləri operatorlarından müvafiq əmr aldıqdan sonra, anonimləşdirmə servisinə çıxışı məhdudlaşdırıb. "The Pirate Bay"in həmyaradıcısı Piter Sunde tərəfindən yaradılmış "iPredator" VPN-provayderi bildirib ki, hazırda onun şirkəti blokun açılmasına yönəlmiş hüquqi cəhdlər edir.
Müstəqil ekspertlər deyirlər ki, "Visa" və "MasterCard"ın gördüyü tədbirlər VPN-provayderləri tərəfdaş proqramları və fayl mübadiləçiləri tərəfindən diktə edilib. Öncə "PayPal" ödəniş sistemi bu cür təchizatçıların ödənişlərini kəsməyə başlayıb. Perspektivdə ödəniş sistemləri anonimizasiya sistemlərinin təchizatçılarının geniş dairəsinə qarşıda da ödənişləri bağlamaq niyyətindədir.
"Payson"da deyirlər ki, "Visa" və "Mastercard"dan xəbərdarlığı artıq ötən həftə alıblar və bundan sonra müştərilərini məlumatlandırmağa başlayıblar. Məlumatda bildirilib ki, "Payson"un müştəriləri şirkətin xidmətlərindən, onları depozit hesabdan ödəyərək istifadə edə bilərlər, lakin yeni hesabların kart vasitəsilə doldurulması hələ ki, mümkün deyil.
Piter Sunde "TorrentFreak" saytına müsahibəsində bildirib ki, bu qərara təəccüblənib. Çünki Amerikanın "Visa" və "MasterCard" sistemləri məhkəmə sanksiyası olmadan maliyyə vəsaitlərini bağlayırlar, bundan başqa onlar Amerika şirkəti olmayan və bu ölkəyə aidiyyəti olmayan şirkətlərin resurslarını bağlayırlar.
Onun sözlərinə əsasən, "iPredator" servisi bir sıra alternativ pul qəbulu üsuluna malikdir, misal üçün, "bitcoin" üzrə, lakin "məhkəməsiz tam leqal biznesi ölkə xaricində bağlamaq tam ağılsızlıqdı ". O qeyd edib ki, "Visa" və "MasterCard"ın belə davranışı Amerika hökumətinin sifarişidir, çünki VPN-servislər məlumatları anonim ötürməyə imkan verir və Milli Təhlükəsizlik Agentliyi onlara çıxış əldə edə bilmir.
Bu gün "Payson" üzərindən ödənişləri "iPredator"la yanaşı, "Annonine", "Mullvad", "VPNTunnel", "Privatvpn" və s. sistemlər qəbul edir.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL