waplog

Bill Qeytsdən gözlənilən çıxış 8 ildən sonra baş verəcək


“Microsoft”un Direktorlar şurasının təsisçisi və sədri 8 ildə ilk dəfə  şirkətin “Microsoft Research Faculty Summit” adlı elmi-tədqiqat tədbirində çıxış edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, planetin ən zəngin insanlarından biri Bill Qeyts artıq “Microsoft”un əməliyyat idarəsində aktiv şəkildə iştirak etmir. Bununla belə, o, elmi-tədqiqat sammitinin iştirakçılarının qarşısında təxminən 1 saat müddətində çıxış edəcək. Proqrama əsasən, o, kompüterlərin cəmiyyətə gələcək təsiri ilə bağlı öz fikirlərini bölüşəcək.

“Microsoft Research Faculty Summit” tədbiri 15-16 iyul tarixlərində Redmond şəhərində keçiriləcək. Xatırladaq ki, Qeyts sonuncu dəfə bu tədbirdə 2005-ci ildə çıxış edib.

Sammitdə “Microsoft” və başqa şirkətlərin ekspertləri proqram təminatı və kvant hesablamalarının yaradılması, internet fırıldaqçılıqla mübarizə, proqnozlaşdırılan mexanizmlər və kvant hesablamaları, internet-dələduzluqla mübarizə, proqnozlaşdıran mexanizmlər və böhran vəziyyətlərində sosial mediadan istifadə sahələrində öz tədqiqatlarını nümayiş etdirəcəklər.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL