Smartfonlar 3 Qb əməli yaddaşla təchiz ediləcək
Son bir neçə il ərzində mobil qurğuların məhsuldarlığı bir neçə dəfə artıb. Hazırda smartfon istehsalçıları səkkiznüvəli prosessor və daha həcmli əməli yaddaşı mənimsəyirlər. Belə ki, Cənubi Koreyanın “LG” və “Samsung” şirkətləri 3 QB əməli yaddaşla təchiz edilmiş "planşetofon" hazırlayırlar.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “SlashGear” saytında dərc edilmiş xəbərə görə, “LG G2” (Optimus G2) smartfonunun “LTE-Advanced” versiyası 3 QB əməli yaddaşla təchiz ediləcək ki, bu da həmin qurğuların sahiblərinə 1920 x 1080 piksel təsvir ölçülü videoya baxmağa və eyni zamanda hər hansı bir tətbiq işə salmağa imkan verəcək. Sözügedən qurğu, həmçinin “Full HD” təsvir ölçülü 5,5 düymlü ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoru, 13 meqapiksellik kamera və “Android 4.2.2” əməliyyat sistemi ilə təchiz edilib.
“Samsung” şirkətinin “Galaxy Note III” modeli 3 QB əməli yaddaşla təchiz ediləcək. Bundan başqa, yenilik səkkiznüvəli “Exynos” çipi, 5,7 və ya 5,99 düymlük “Super AMOLED” ekranı, iki ədəd rəqəmli kamera və “Android 4.2” platforması ilə təchiz ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL