waplog

Ən qənaətcil superkompüter bəlli oldu



Bildiyimiz kimi, "Top-500" reytinqində dünyanın ən güclü superkompüterləri onların hesablama gücünə görə sıralanır. Lakin superkompüterin hesablama gücü bu və ya digər hesablama sisteminin mükəmməlliyini müəyyənləşdirən əsas göstərici deyil.

Məsələn, heç kəs avtomobili yalnız onun maksimal surətinə görə qiymətləndirmir, hazırda bütün istehlakçılar üçün gedilmiş yola yanacağın işlənməsi daha mühüm göstərici sayılır. Superkompüterlər üçün də "Green500" reytinqi mövcuddur: sözügedən reytinqdə superkompüterlər hesablama gücünün sərf edilən enerjinin miqdarına nisbəti üzrə qiymətləndirilir.

"ICTnews.az" elektron xəbər xidməti "dailytechinfo.org" saytına istinadən bildirir ki, iki ildə bir dəfə yenilənən "Green500" reytinqinin yeni redaksiyasında iki yeni sistem reytinqin ön pillələrində qərarlaşıblar. Birinci sistem İtaliyada "CINECA" superkompüter hesablamaları mərkəzində yerləşən və 3.21 qiqaflops/vatt effektivlik göstəricisinə malik "Eurora" superkompüteridir. 3.18 qiqaflops/vatt effektivlik göstəricisinə malik "Aurora Tigon" superkompüteri reytinqdə ikinci pillədə qərarlaşıb. "Eurotech" şirkəti tərəfindən istehsal edilmiş hər iki superkompüter sistemi əvvəlki rekordçu - "Tennessee Beacon" superkompüterinin effektivlik göstəricisini təxminən 30 faiz ötüb.
 

 
"Eurora" superkompüteri "Top-500" reytinqində 467-ci pillədə qərarlaşıb. "Linpack" testi üzrə məhsuldarlığı 100.9 teraflops/san qiymətləndirilib. Digər tərəfdən, hazırda "Top-500" reytinqində lider Çinin "Tianhe-2" superkompüteri "Green500" reytinqində 31-ci pillədə yer alıb.

Bəzi ekspertlərin fikrincə, effektivliyin artırılması tendensiyası və enerji sərfiyyatının azaldılması getdikcə daha böyük əhəmiyyət kəsb edəcək. Əvvəllər heç kim superkompüterlərdə enerjidən istifadənin effektivliyi barəsində düşünmürdü, lakin 2007-2008-ci illərdən başlayaraq bu göstərici böyük əhəmiyyət kəsb etməyə başlayıb və çox güman ki yaxın gələcəkdə "Green500" reytinqi əhəmiyyətinə görə "Top-500" reytinqini geridə qoyacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL