"Huawei" dünyanın ən nazik smartfonunun satışlarına başlayıb
Böyük Britaniyada "Ascend P6" smartfonunun satışlarına başlanılıb. Dumanlı Albionda operatora "bağlanmamış" aparatın qiyməti 450-500 dollar olacaq, müqavilə ilə isə ayda 30 dollar təşkil edəcək.
Avstraliyada cihaz ayın ortalarında satışa çıxarılacaq və burada qiymətlər ənənəvi olaraq yuxarıdır: "Ascend P6" smartfonu xidmət şərtlərindən asılı olaraq 500-570 dollar təşkil edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yaxın vaxtlarda "Huawei" şirkətinin smartfonunun başqa regionlarda da satışa çıxarılacağı gözlənilir.
Xatırladaq ki, "Ascend P6" smartfonu 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 4,7 düymlük HD təsvir ölçülü ekran və 2000 milliamper/saat tutumlu batareya, 8 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralar, 2 QB əməli yaddaşla təchiz edilib. Əməliyyat sistemi qismində "Huawei Emotion UI" örtüyünə malik "Android 4.2.2" quraşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL