waplog

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi institutlarının informasiyalaşdırılması işlərinə başlanılır



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti iclası keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bölmə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan BTEB-in akademik-katibi, akademik Əhliman Əmiraslanov iclasın bölmə institutlarının informasiyalaşdırılması məsələlərinə həsr olunduğunu bildirib. Müasir dövrdə informasiyanın cəmiyyətdə həlledici amil olduğunu söyləyən akademik hər bir institutda informasiya sisteminin yaradılmasının üstünlüklərindən söz açıb.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev  müasir dövrdə hər bir idarə və təşkilatın, müəssisənin informasiya təminatının gücləndirilməsinin qlobal informasiya cəmiyyətinin, "Elektron-elm" Proqramının, bir sözlə, elektron dövlət quruculuğunun tərkib hissəsi olduğunu bildirib.

R.Əliquliyev AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulmuş tədbirlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, burada əsas məsələlərdən biri də bölmə institutlarının əməkdaşlarına treninqlərin təşkil edilməsidir:  "Məqsəd yüksək İT biliklərinə malik kadrların hazırlanmasıdır".

İclasda, həmçinin Biologiya və Tibb Elmləri Bölməsi institutlarının müasir kompüter avadanlıqları ilə təchiz olunması və şəbəkə infrastrukturunun yenidən qurulması, institutların fəaliyyətinin informasiyalaşdırılması, elektron sənəd dövriyyəsi sisteminin yaradılması, dövri elmi nəşrlərin analizi və s. məsələlər müzakirə edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL