Bir sıra sığorta müqavilələri informasiya sistemi vasitəsilə bağlanacaq
Azərbaycanda bir sıra sığorta müqavilələri İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə bağlanacaq. Bura daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələri daxildir.
İSB –nin yaydığı məlumata görə, "İcbari sığortalar haqqında" qanununa edilən dəyişikliklər artıq qüvvəyə minib. Qanunun 78.1-1-ci maddəsinə əsasən Qanunun 8.1-1-ci maddəsinin tələbi isə (İcbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır) həmin Qanunun 2-ci (Daşınmaz əmlakın icbari sığortası), 3-cü (Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası) və 5-ci (Sərnişinlərin icbari fərdi qəza sığortası) fəsillərinə münasibətdə 2013-cü ilin iyulun 1-dən qüvvəyə minir.
Dəyişikliklərə görə, qeyd olunan tarixdən etibarən Daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və Sərnişinlərin icbari fərdi qəza sığortası müqavilələri də artıq İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə bağlanacaqdır.
Qanunda digər bir sıra mühüm dəyişikliklər də nəzərdə tutulub ki, bu barədə də Büronun rəsmi internet səhifəsində (www.isb.az) yaxın günlərdə müvafiq məlumat yerləşdirilməklə saytın yenilənməsi həyata keçiriləcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL