“Amazon” şirkəti elektron kitab texnologiyasını patentləşdirib
“Amazon” şirkəti elektron kitab anlayışını genişləndirən qeyri-adi patent alıb. “ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi xəbərə əsasən, internet-riteyler elektron kitablar üçün “əlavə kontent”ə patent alıb.
Şirkət istənilən halda kitab mövzusu ilə bağlı kontentin avtomatlaşdırılmış şəkildə əldə edilməsi imkanını nəzərdə tutan elektron kitab sistemini patentləşdirib. Bu patentlə bağlı sorğu şirkət tərəfindən 2010-cu il noyabrın 24-də təqdim edilib. “E-book Extras” sisteminin məqsədi kitab alıcısına mümkün qədər çox məlumat təqdim etməklə istehlakçının oxuma prosesinə marağını artırmaqdır.
“Amazon” patentdə “Kindle” riderinə bağlı sistem təsvir edib, hansı ki, “E-book Extras”la oxuculara müəlliflərlə əlavə müsahibələr, kitab daxil edilməyən materiallar, yeni şəkillər və ya audio-video yazılar kimi media materialları təqdim edə bilər.
Yeni sistem, materialları yaymaq üçün yeni kanallar əldə edəcək kontent-provayderlər üçün və həmçinin kitab aldıqda onun haqda əlavə kontent əldə etmək istəyən istehlakçılar üçün rahat və maraqlıdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL