waplog

“Visa” mobil ödənişləri inkişaf etdirmək niyyətindədir


"Visa" ödəniş sistemi nağd pulla mübarizə aparmaq, mobil ödəniş servislərini yeniləmək niyyətindədir. Məqsəd daha çox insan mal və xidmət haqqının ödənilməsində məhz onun həllərindən istifadə etsinlər.

"ICTnews" xəbər xidməti "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Visa" bu ilin sonuna kimi hər ay təkcə Avropada 50 milyard kontaktsız ödənişin həyata keçirəcəyini proqnozlaşdırır. "Visa Mobile Business"in rəhbəri Sandra Alsetta bildirib ki, şirkət Avropa bazarına, "NFC" çipləri ilə təchiz edilmiş və "Visa Pay Wave" və "Mobile Wallet" texnologiyalarını dəstəkləyən yeni nəsil "Samsung" smartfonlarının gəlişini gözləyir. Onun sözlərinə əsasən, bu texnologiya ilə təchiz edilmiş kütləvi smartfonlar bazarın artımına kömək etməlidirlər.

S. Alsetta hesab edir ki, bu günədək mobil ödənişlərin inkişafını abunə avadanlığının yoxluğu ləngidirdi, lakin artıq bu problem aktiv həll olunur. Ekspertin sözlərinə əsasən, mobil ödənişlər, mikro-ödənişlər sahəsində ixtisaslaşan kiçik sahibkarlıq və mobil müəssisələr üçün faydalıdır", - deyə o bildirib.

Hazırda "Visa" bir neçə iri mobil operatorlarla mobil ödənişlərin inkişafı məqsədi ilə strateji tərəfdaşlıq proqramını həyata keçirir. "Visa"nın qiymətləndirmələrinə əsasən , hazırda Avropada satış nöqtələrində kontaktsız ödənişlər həyata keçirmək üçün 853 min mobil terminal mövcuddur və ilin sonuna kimi bu göstəricinin 1 milyonadək artacağı ehtimal edilir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL