waplog

Səlim Müslümov: “Avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlər tamamlanmaq üzrədir”



"Hər bir rayon şöbəsində müasir informasiya texnologiyalarına əsaslanaraq yaradılan yeni baza elektron xidmətlərin tətbiq dairəsinin daha da genişlənməsinə,  sığorta-pensiya sistemində vətəndaş – məmur kontaktlarının azaldılmasına və sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmış qaydada həyata keçirilməsinə hesablanıb".

Bu fikri Dövlət Sosial Müdafiə Fondunun  (DSMF) Yasamal rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimində DSMF-nin sədri Səlim Müslümov bildirib. Son illər DSMF-nin maddi-texniki bazasının möhkəmləndirildiyini, infrastrukturun tamamilə yeniləndiyini önə çəkən sədr ümumilikdə pensiyaçılara və sığortaolunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə respublikanın 70-dən yuxarı rayonunda yerli şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş yeni inzibati binaların tikilib istifadəyə verildiyini vurğulayıb.

S.Müslümov avtomatlaşdırılmış pensiya təyinatına keçid üçün görülən işlərin tamamlanmaq üzrə olduğunu deyərək,  bu prosesin yüksək səviyyədə icrası üçün yerli şöbələrin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: "Qurulan maddi-texniki baza artıq bizim yaxın günlərdə bu prosesə başlamağımıza tam imkan verir".
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL