Bundan sonra vətəndaşlar yolda baş verən pozuntuların cəriməsini internetdən öyrənəcəklər
Bundan sonra vətəndaşlar yolda baş verən pozuntuların cəriməsini internetdən öyrənə biləcəklər. Belə ki, yol hərəkəti qaydalarının pozuntusu, bu pozuntu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar və Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) vasitəsi ilə cərimələrin ödənilməsi haqqında olan məlumatları elektron qaydada əldə etmək mümkündür.
Bunun üçün "www.e-gov.az " "Elektron hökumət" portalına daxil olub, Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar" xidməti seçilir.
Açılan formanın içində vətəndaşa aid olan fərdi məlumatları - sürücülük vəsiqəsinin nömrəsi, vəsiqə sahibinin anadan olduğu tarixi, vəsiqənin etibarlı olduğu tarixi daxil edilir. Açılan yeni formada portal tərəfindən xəta mesajı, cərimələnmə tarixi, cərimənin ləğv olunma tarixi, cərimə balı, sürücülük vəsiqəsinin nömrəsi, maşının nömrəsi, vəsiqə sahibinin adı, soyadı, orta ad və s. kimi məlumatlar əks olunacaq.
Xidmətdən istifadə edən şəxs həmin məlumatları öz kompüterində yadda saxlamaq istəyərsə, "PDF" düyməsindən istifadə edə bilər. Həmin məlumatları PDF formatında yadda saxlayıb və ya elektron poçt vasitəsilə e-mail şəklində istənilən ünvana göndərmək mümkündür. Eyni zamanda vətəndaşlar təqdim olunan məlumatlarda hər hansısa səhv və ya yalnışlıq olduqda dərhal müvafiq rayon yol polis şöbəsinə və ya "ASAN" innovasiya xidmətləri mərkəzinə müraciət etməlidirlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL