waplog

Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iyul ayının 23-də İsmayıllı rayonunda (İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Qobustan , Ağdaş rayonlarının sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü planlaşdırılır. 

 

Görüşdə iştirak etmək istəyən vətəndaşlardan mincom@mincom.gov.az elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", (012) 598 38 18  nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

 

Eyni zamanda görüşə gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL