waplog

“LTE” smartfonların satış həcmi üç dəfə artacaq


Ekspertlər hesab edirlər ki, bu il yüksəksürətli "LTE" standartlı mobil şəbəkələrdə işləyə bilən smartfonların satış həcmi üç dəfə artacaq.

"ICTnews.az" elektron xəbər xidməti "www.dailycomm.ru"  saytına istinadən bildirir ki, "Strategy Analytics" analitik şirkətinin yeni proqnozuna əsasən, 2013-cü ildə ümumilikdə 270 milyon bu cür aparat satılacaq ki, bu da cari ildə smartfonların qlobal tədarük həcminin 29%-ni təşkil edəcək.

Müqayisə üçün qeyd edək ki, ötən il təxminən 92 milyon LTE smartfon satılıb və onların qlobal smartfon bazarında payı 13,1% olub.

2015-ci ildə LTE-smartfonların bazar payının 41,5%-dək artacağı gözlənilir. 2017-ci ilədək isə smartfon bazarında mövcud qurğuların təxminən 50%-i dördüncü nəsil mobil rabitəsindən istifadə edə biləcək.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL