waplog

Gömrük ödənişlərini elektron qaydada ödəmək mümkündür


Artıq Dövlət Gömrük Komitəsi üzrə (DGK) gömrük ödənişlərini Hökumət Ödəniş Portalı üzərindən elektron qaydada ödəmək mümkündür. Hazırda DGK-nin 22 inzibati xidmət zonası üzrə 16 abonent haqqında məlumat mərkəzləşdirilmiş elektron bazaya yüklənib.

Mərkəzi Bankdan (MB) bildirilib ki, elektron ödəniş sistemlərinin yaradılması və inkişaf etdirilməsi istiqamətində beynəlxalq maliyyə qurumlarının texniki və maliyyə dəstəyindən istifadə edilməklə həyata keçirilən ardıcıl və davamlı islahatların nəticəsində ən müasir texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik olan Milli Ödəniş Sistemi yaradılıb: “Bu arxitekturanın əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Milli  Hesablaşmalar Sistemi (AZİPS) 16 fevral 2001-ci il tarixində, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə 2002-ci ilin sonlarında yaradılaraq  istifadəyə verilib.

Eyni zamanda “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı”nın əsas tədbirlərindən biri kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin inkişaf etdirilərək Milli Ödəniş Sistemi infrastrukturuna texnoloji inteqrasiyanın həyata keçirilməsi, kommunal xidmətləri üzrə ödənişlərin yığım səviyyəsinin və şəffaflığın daha da artırılması və bu sahədə maliyyə dövriyyəsinin bank sisteminə cəlb edilməsi olub.

Bu istiqamətdə araşdırmaların nəticəsində Milli Ödəniş Sisteminin yeni bir komponentinin - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) konsepsiyası hazırlanıb və təsdiq edilib. Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidməti borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank köçürmələri, “Internet Banking”) vasitəsilə ilə ödəniş aparmaq imkanı yaradılıb”.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL