waplog

Turizm şirkətləri elektron xidmətlər çeşidini artırır



Azərbaycan turizm şirkətləri fəaliyyət göstərdikləri sahədə elektron xidmətlər çeşidini artırır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Ata Travel” şirkəti öz rəsmi internet səhifəsində bir neçə elektron xidmət təqdim edib.

Belə ki, şirkət potensial müştərilərinə elektron viza xidmətindən istifadə etmək imkanı təqdim edib. Müştərilər “Mehmanxananın rezervasiyası”, “Tibbi Sığorta”, “Tam turistik paketinin sifarişi” elektron xidmətlərindən istifadə edərək elektron visa xidmətinə çıxış əldə edirlər.

Qeyd edək ki, şirkət yerli turizm sektorunda 2011-ci ildən fəaliyyət göstərir. Hazırda   “Ata Travel” turizm bazarında aparıcı korporativ turizm şirkəti qismində işləyir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər, və kredit şərtləri ilə turist qeydiyyat paketi ilə təmin edir.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL