waplog

Elektron informasiya sistemi sığorta müqavilələrinin sayını artırıb



Bu ilin iyun ayında  İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 68,7 mindən çox sığorta müqaviləsi bağlanıb. 

“ICTnews” elektron xəbər xidmətinə İSB-dən verilən məlumata görə, bunların da 21,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış  və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 (bir) ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.

Bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği ümumilikdə 5,2 milyon manatdan çox olub. Cari ilin iyun ayında orta sığorta haqqı 73,7 manat təşkil edib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL