Yaponiyalı yayımçılar “Panasonic”in yeni İPTV televizorunu boykot ediblər
Yaponiya telekanalları "Panasonic"in yeni smart-televizorunun reklamını efirə verməkdən imtina edirlər. Onlar bunun "Panasonic"in biznesinə təhlükə yaradacağını hesab edirlər. "ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, Yaponiyanın özəl yayım şirkətləri əvvəllər də bəzi reklam çarxlarını müxtəlif səbəblərlə yerləşdirməkdən imtina ediblər, lakin bu, çox nadir hallarda baş verib.
Yeni televizora gəldikdə, bu model videokontenti reklamsız əldə etməyə, əlavə materiallara baxmağa, xüsusi onlayn arxivdən yazılar almağa imkan verir və kontentlə işləmək üçün əlavə imkanlara malikdir.
Antireklam imkanlarının yayımçıların maraqlarına cavab vermədiyi normaldır, həm də televizorun digər əlavə funksiyaları da telekanallara fayda vermir.
"Panasonic"də deyirlər ki, texnologiya İPTV-ni dəstəkləyir, buna da televizorlarda tez-tez rast gəlinmir. "Panasonic" kanallar tərəfindən belə reaksiya gözləməyib. Hazırda yayımçılarla ümumi əməkdaşlıq imkanları ilə bağlı danışıqlar aparırlar.
"İPTV – media-biznesin yeni sahəsidir. Bir sıra qaydalar burada hələ ki, yetərincə işlənilməyib ", - deyə "Panasonic"də qeyd ediblər.
Bu gün telekanallar öz ənənəvi fəaliyyət sahələrini daha aktiv mühafizə etməyə çalışırlar. Şirkət videohostinqlərdə kontentini lisenziyalaşdırmaqdan imtina edir, məşhur portallardan videomaterialların təmizlənməsi üzrə işlər aparır, müxtəlif alyanslar yaradır, video istehsalçıları ilə danışıqlar aparırlar.
"Müasir cəmiyyət internet dövründə yaşayır və istehsalçı şirkətlər bunu qəbul etməlidirlər. Koreyanın "LG" və "Samsung" şirkətləri İPTV funksionalı və müxtəlif smart-funksiyaları ilə təchiz edilmiş TV-ləri təqdim etməyə hazırlaşırlar. Şirkətlər yayımçıların onlara müqavimət göstərdiklərini bəyan ediblər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL