waplog

“Elektron Naxçıvan – 8” mövzusunda elmi konfrans keçirilib


Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan – 8” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə  Naxçıvan Dövlət Universiteti Elektron kitabxanasının açılış mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, kitabxana ilə tanışlıq olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyvin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı sayəsində 2004-cü ildə kitabxana üçün yeni beşmərtəbəli bina inşa edilib, budan sonra  1968-ci ildən fəaliyyət göstərən kitabxanın tarixində yeni inkişaf mərhələsi başlayıb.

Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanası dünyanın 30-dan çox dilində 200.000-ə yaxın fonda malikdir. Kitabxana ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsilə 12 min oxucuya xidmət göstərir.  Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 10 fond, 10 oxu zalı və 6 şöbə var. Universitetdəki Wi fi internet xidmətindən dizüstü kompüterində “wireless ethernet” kartı olan kitabxana oxucuları da istifadə edə bilir.

“Azercell”in 100mb/s.-ə qədər yüksək sürətli internetə çıxışı təmin edən, IV nəsil texnologiyası əsasında işləyən modemlərindən istifadə kitabxana işçilərinin səmərəli fəliyyətinə, oxuculara xidmət işinə daha əlverişli imkanlar yaradır. NDU Elmi Kitabxanasının geniş oxucu kütləsi üçün WWW.ndu.edu.az/kitab ünvanında Azərbaycan, rus və ingilis dillərində  internet səhifəsi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Taıbovun qayğısı sayəsində bu il kitabxananın binası təmir olunub, oxuculara daha yüksək səviyyədə xidmət göstərilməsi üşün kitabxana yeni nəsil texnologiyalarla təchiz olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və qonaqlar Elmi kitabxananın birinci mərtəbəsində yeni yaradılmış elektron oxu zalında, kitabişləmə şöbəsində, internet mərkəzində , dövri mətbuat fondunda olublar. Kitabxananın elektron oxu zalında oxucular üçün 20 ədəd, işçi yerləri üçün isə 10 ədəd komputer, 1 ədəd server, 1ədəd elektron kitabxananın təşkili üçün böyük həcmli server, oxu zalı üçün printer və skaner, 1 ədəd elektron kataloq köşkü, yeni təşkil olunmuş konfrans zalı üçün elektron lövhə və dizüstü komputer quraşdırılıb.

Elektron kataloq və elektron kitabxananın yaradılması istiqamətində bir sıra işlər görülüb, kitabxananın fondunda olan 150-yə yaxın kiatbın elektron kataloqu, 100-ə yaxın kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadısinə verilib. İnternet mərkəzində isə universitetin müəllim və tələbələrininn internetdən istifadəsi üçün şərait yardılıb. Dövri mətbuat fondunda 22.000-dən çox elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri, habelə dissertasiya və avtoreferatlar toplanıb. NDU-nun Elmi kitabxanası 35 adda qəzet və jurnala abunə yazılıb, 170 adda jurnal isə kitabxanaya hədiyyə olunub.

Sonra elektronika, memarlıq və rəsm sərgilərinə baxış olub. Ali Məclisin Sədrinə elektronika sərgisində nümayiş olunan, universitetin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələr haqqında məlumat verilib. Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin Azərbaycanın dövlətçilik tarixini, qədimliyini, ecazkar təbiətini əks etdirən rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələri ilə tanışlıq olub.

Konfransı giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarıının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin informasiya-kommunikasiya texnologiyalarıının inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar, Naxçıvan Dövlət Universitetində atılan əhəmiyyətli addımlar barədə məlumat verib.

Sonra Universitet Televiziysının hazırladığı “Elektron Naxçıvan” sənədli filmi nümayiş etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çxış edərək konfrans iştirakçılarını salamlayıb.

Ali Məclisin Sədri Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının ötən əsrin 70-ci illərindən başladığını, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kibernetika İnstitu, Kocmik Tədqiqatlar Mərkəzi yaradıldığını, mikrosxemlər və texnoloji avadanlıqların istehsalı ilə məşğul olan sənaye müəssisələri açıldığını, mütəxəssis hazırlığı istiqamətində mühüm işlər görüldüyünü bildirib. Azərbaycanda  rabitənin, telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli liderin ikinci dəfə ali hakimiyyətə qayıtması ilə bağlıdır. Belə ki, 2003-2012-ci illəri əhatə edən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi, qloballaşma və inteqrasiya proseslərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Ali Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin bəhrələrindən, Azərbaycanın ilk telekommunikasiya peyknin orbitə buraxılmasının, 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinin siyasi-iqtisadi, strateji əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi sayəsində Naxçıvan informasiya blokadasını yarıb, ən ucqar dağ kəndlərində dünyanın istənilən yeri ilə əlaqə saxlamaq üçün telefon və geniş zolaqlı internet əlaqəsi yaradılıb. Telekommunikasiya infrastrukturu müasirləşdirilib, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında üçüncü nəsil telekommunikasiya sistemi quraşdırılıb ki, hazırda bu sistem mövcud telefon istifadəşilərinin 60%-nə xidmət edir. 134 km yeraltı optik xəttin tikintisi hesabına avtomat telefon stansiyasının 90%-i fiber-optik bağlantılarla təmin olunub. Ali Məclisin Sədri muxtar respublikada yeni texnologiyaya və komputerləşməyə təlabatın artmasını diqqətə çəkərək bildirib ki, hazırda muxtar respublika əhalisində 87 mindən artıq kompüter var. İnternet istifadəçiləri əhalinin 81%-ni təşkil edir. 74 dövlət orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkəyə yerləşdirilib. 34 dövlət orqanı tərəfindən göstəriləcək elektron xidmətin reqlamentləri təsdiq edilib, elektron hökumət portalı yaradılıb.

Ali Məclisin Sədri informasiya-kommunikasiya texnologiyalarının həm də ölkənin intellekt və elmi potensialının vacib göstəricilərindən biri olduğunu vurğulayaraq təhsil müəssisələrinin yeni nəsil informasiya-kommunikasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirildiyini, hazırda muxtar respublikanın ümütəhsil məktəblərində 3183 kompüter və 500 elektron löhvə, ali təhsil müəsssisələrində isə 600-ə yaxın kompüter və 52 elektron lövhə olduğunu bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının ardıcıl xarakter daşıdığını diqqətə çatdırıb, bu sahədə qarşıda duran əsas vəzifələrdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Elmi əlaqələrin inkişafında İKT-nin rolu” məruzəsində Naxçıvanda telemetrik seysmik stansiyaların, GPS şəbəkəsinin qurulmasının əhəmiyyətindən bəhs edib, İKT sahəsində təcrübə mübadiləsi məqsədilə Kembriç şəhərindəki Massaçusets Texnologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti, AME NAxçıvan Bölməsi ilə arasında virtual laboratoriya yaradılacağını bildirib.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Azərbaycanda İKT-nin mövcud vəziyyəti və perspektiv inkişafı” mövzulu məruzəsində Azərbaycanda İKT-nin qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunması, ölkədə informasiya cəmiyyətinin yaradılması üçün müvafiq hüquqi baza formalaşması barədə məlumat verib.

2005-ci ildən başlayan “Elektron Naxçıvan” layihəsinin gerçəkləşdirilməsində özünəməxsus rolu olan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Elektron Naxçıvan” və humanitar siyasət” məruzəsində “Elektron Naxçıvan” hərəkatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirib.

Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Elektron Naxçıvan” – inkişaf  mərhələləri”,  Azərbaycan Respublikası Təhsil Nazirliri, Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsini rəisi Samir Məmmədov “Təhsil sisteminin informasiyalaşdırılması” mövzusunda məruzələr ediblər.

Elmi konfransda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi, ən müxtəlif ölkələrinin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılmışdır. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə, paralel və ardıcıl video bağlantılar vasitəsilə Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetinin rektoru, professor, doktor Sami Özcan,  İspaniyanın  Santiaqo de Kompestella Universitetində “Erasmus Mundus” -2 Təhsil Hərəkatı” çərçivəsində doktorantura təhsili alan Şahanə Hüseynova, Rusiya Federasiyasının Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yuri Aleksandroviç Mazey,  Avstriyanın Qraz şəhərindəki  “Əldə etmək və saxlamaq” (Gain-sustain) təşkilatının təsisçilərindən olan xanım Sabrina Şifrer, Almaniyanın Leyspiq Tədqiqi Elmlər Universitetinin İnformatika və multimedia kafedrasını müdiri, professor Klaus Hansgen, AMEA-nınİnformasiya texnologiyaları İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov konfransa qoşulub, virtual əlaqələrin gələcək inkişafı ilə bağlı konkret təkliflərlə çıxış ediblər.

Konfransa Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov yekun vurub, konfrans iştirakçılarına İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı təqdim olunub.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL