waplog

Yeni kamera ilə futbol oynamaq mümkündür


İxtiraçı Stiv Xollinqerin yaratdığı “Squitio” adlı qeyri-adi kamera topa birləşdirilib. O, öz ideyasını üç il bundan əvvəl patentləyib, lakin yalnız indi işlək prototip yaratmağa müvəffəq olub.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, cihaz 360 dərəcə görünüş bucağına malikdir, infraqırmızı çəkiliş rejimi və teplovizor nəzərdə tutulub. Nəticədə qurğudan yalnız oyunlar üçün deyil, həm də hərbi əməliyyatlar üçün istifadə etmək mümkündür.

"Mən sözügedən kamera konsepsiyasını bir neçə il ərzində hazırlamışam. “Squitio” panorama şəkilləri çəkə və videonu sabitləşdirə bilir. Mən adətən ixtiralarımın prototiplərini ictimaiyyətə nümayiş etdirmirəm, lakin mənim kameram tətbiq tərtibatçıları üçün elə bir imkanlar açır ki, proqram təminatı istehsalçıları, sərmayədar və entuziastlərlə əməkdaşlıq üçün mən öz ixtiramı təqdim etməyə qərar verdim” – Xollinqer deyib.

“Squitio” son zamanların ən qeyri-adi cihazıdır. Onun kütləvi istehsala çıxarılması hələ dəqiq məlum deyil.

Emil Hüseynov
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL