waplog

Qəbul imtahanlarında iştirak etmək istəyən 36 məhdud fiziki imkanlı şəxs sənəd qəbulu komissiyalarına getmədən qeydiyyatdan keçib



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) həmişə olduğu kimi, qəbul imtahanlarında sağlamlıq imkanları məhdud olan abituriyentlər üçün müvafiq şəraitin təmin olunmasını xüsusi diqqətdə saxlayır.

Bu il 36 məhdud fiziki imkanlı insan "Məhdud fiziki imkanlı abituriyent, bakalavr və namizədlərin onlayn qeydiyyatının aparılması" elektron xidmətindən istifadə edərək, sənəd qəbulu komissiyalarına (SQK) getmədən qeydiyyatdan keçib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən TQDK-nın Mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, bu xidmət vasitəsilə qeydiyyatdan keçərək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq imtahanlarında da iştirak etmək mümkündür:

"Bu xidmət səhifə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi sınaq və qəbul imtahanlarında iştirak etmək istəyən məhdud fiziki imkanlı insanların SQK-lara getmədən qeydiyyatı üçün nəzərdə tutulub. Məqsəd bu kateqoriyalı insanlar üçün imtahanlarda zəruri şəraitin yaradılmasını təmin etməkdən ibarətdir. İştirak edəcəyi imtahanların sayından asılı olmayaraq, bu şəxslərin cəmi bir dəfə qeydiyyatdan keçməsi kifayətdir".


Xidmətdən istifadə təlimatına gəlincə, qeydiyyat səhifəsinə daxil olmaq üçün "Şəxsiyyət vəsiqəsi"nin nömrə və PİN kodu müvafiq sahələrə daxil edib "Növbəti" düyməsi basılır. Növbəti səhifədə qeydiyyatdan keçmək üçün elektron formada nəzərdə tutulmuş məlumatları müvafiq sahələrə daxil etmək və əlilliyi təsdiq edən sənədin skan edilmiş surətini (jpeg faylı) elektron formaya qoşmaq, sonda "Yadda saxla" düyməsini basmaqla qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçmiş şəxslər imtahana gələn zaman digər tələb olunan sənədlərlə yanaşı, əlilliyi təsdiq edən sənədin əslini də mütləq özləri ilə gətirməlidirlər.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL